Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib
BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi keçirilib2-05-2019, 10:49 |
Respublika mətbuatı Qazax haqqında
Qazaxda dahi Azərbaycan
yazıçısı İsmayıl Şıxlının yubileyinin keçirilməsi davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı
Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai
xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr
olunmuş elmi-praktik konfrans keçirilib. Qonaqlar əvvəlcə filialın foyesində Xalq yazıçısının həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar. Sonra qonaqlara və konfrans iştirakçılarına Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub. BDU Qazax filialının
direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq qonaqları və konfrans
iştirakçılarını salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olan Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində
keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar
2019-cu il tarixli sərəncamı qazaxlı ziyalılara, xüsusilə də ədəbiyyat
sahəsində olan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. Bu tarixi
əhəmiyyətli sərəncamın imzalanmasına görə rayon ziyalıları, eləcə də konfrans
iştirakçıları adından minnətdarlığını çatdırıb. Azərbaycan mədəniyyətinin dünya
çapında tanınmasında, təbliğ olunmasında misilsiz xidmətləri olan Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin
təşəkkürlərini bildirib. Sonra Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, əsərlərini özündə əks etdirən slayd nümayiş olunub. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal "Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi” adlı məruzə ilə çıxış edərək görkəmli şəxsiyyətin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb. Xalq yazıçısı ilə bağlı xatirələrindən danışıb. Filologiya elmləri doktoru,
professor Rüstəm Kamal "İsmayil Şıxlı nəsrinin poetikası” mövzusunda çıxış
edərək əsərlərində, xüsusilə də "Dəli Kür” romanında olan obrazların
ətraflı şəkildə izahını verərək konfrans iştirakçılarına yazıçının nə demək
istədiklərini çatdırıb. Vəli VƏLİYEV, 2 may 2019-cu il
Geri qayıt |