Əsas Səhifə > Manşet / Sosial > “Venzana” layihəsi bölgədə işsizliyin aradan qaldırılmasında gerçəkləşdirilən ən uğurlu layihədir
“Venzana” layihəsi bölgədə işsizliyin aradan qaldırılmasında gerçəkləşdirilən ən uğurlu layihədir15-04-2019, 20:35 |
Bu gün bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun təmini baxımından böyük tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Respublika Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye parklarının yaradılmasına, fabriklərin inşasına başlanılmışdır. Artıq bu istiqamətdə işlər davam etdirilir, müvafiq sərəncamdan irəli gələn vəzifələr uğurla həyata keçirilir. Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki nəinki respublikamızda, eləcə də artıq xarici ölkələrdə belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” fərdi firması 19 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə yanaşı, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə nail olmuşdur. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan "Saloğlu” mebel fabriki 400 nəfərlik kollektivlə, respublikamızın Qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verir. 2004 və 2016-cı illərdə möhtərəm Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək, 2500 nəfərlik yeni iş yerlərinin açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisinə başlayıb. Bu gün Ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı "Venzana” layihəsinin tikintisi uğurla davam etməkdədir. Layihə əsasında yeni fabrik cari ilin sonuna qədər fəaliyyətə keçərək, istehsal edəcəyi mebel məhsullarının 2020-ci ilin ilk rübündə Avropaya ixracatını planlaşdırır."Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda, bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da "Saloğlu” mebel fabrikində olub, layihə əsasında inşa olunan yeni fabrikin tikintisi ilə maraqlanıb. "Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, layihə uğurla həyata keçirilir. Qeyd edib ki, məqsəd idxaldan asılılığı azaltmaq, əlavə vəsait xərclənməsinin qarşısını almaq, əhalinin məşğulluğunu artırmaqdır. Eyni zamanda, əsas hədəflərdən biri məhsul istehsalını artırmaq və daxili bazarı gücləndirməkdir. Sonra rayon rəhbəri fabrikdə olan yeni mebellərə baxış keçirib. Fabrikdə çalışan işçilərlə səmimi söhbət edən icra başçısı onlara işlərində uğurlar arzulayıb. "Venzana" layihəsini gerçəkləşdirən böyük fabrikin tikintisiGOYEZEN.AZ Geri qayıt |