Bu
gün tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyevin söylədiyi "Hər
bir işin arxasında xalqa xidmət dayanır” cümləsi Qazaxda görülən işlərin,
həyata keçirilən tədbirlərin, vətəndaşlara olan qayğının timsalında öz real
əksini tapır. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər
də bunun bariz nümunəsidir. Artıq 3 il
olacaq ki, icra başçısı mütəmadi olaraq sakinlərin arasında olur, onların qayğıları
ilə yaxından maraqlanır, narahat edən məsələləri öz dillərindən eşidir və həlli
istiqamətində konkret tapşırıqlar verir. Rayon rəhbərinin sakinlərin arasında olması və
onlarla səmimi söhbət aparması demək olar ki, artıq bir ənənə halını alıb.
Bu gün icra başçısı "Nazim”
MMC-yə məxsus şəhərin mərkəzində yerləşən bazarda olub, sakinlərlə görüşüb, səmimi
söhbət edərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Rayon
sakinlərini qarşıdan gələn milli bayram olan Novruz bayramı münasibətilə təbrik
edən rayon rəhbəri ən xoş arzularını çatdırıb. Ötən il olduğu kimi, 2019-cu
ilin də uğurlu bir olacağını bildirib və sakinlərə yeni-yeni nailiyyətlər
qazanmağı arzu edib.
Rayon rəhbəri bildirib ki, işə
başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud
vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən eşidim. Son illər
respublikamızda həyata keçirilən abadlıq, quruculuq işlərindən söz açan icra
başçısı bu inkişafın Qazax rayonundan da yan keçmədiyini qeyd edib. Rayonda
görülən işlərdən, eləcə də mərkəzi bazarda yaradılan səliqə-səhman işlərindən
danışan icra başçısı bildirib ki, görülən bütün işlərin, həyata keçirilən tədbirlərin
arxasında siz sakinlərin rahatlığı, ən əsası da xalqa xidmət dayanır.
Sakinlərlə səmimi söhbət
aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə fikir verilməsini
tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətin,
xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ
olduğunu bildirib.
Rayon rəhbəri ilə səmimi söhbət
edən sakinlər son 2 ayda ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və
Sərəncamlardan söz açaraq ürək sözlərini çatdırıblar. Əməkhaqqının, təqaüdlərin,
sosial müavinətlərin və bu qəbildən olan bir neçə sahə üzrə olan artımları
böyük sevinc hissi ilə qarşılayıb, onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər.
Respublikada, eləcə də Qazaxda aparılan abadlıq işlərinə, əhalinin rifah
halının yaxşılaşdırılmasına görə ölkə başçısına öz dərin minnətdarlıqlarını
bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|