Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmiri başa çatıb
Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmiri başa çatıb2-10-2018, 21:05 |
Respublika Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, son 2 il 4 ayda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq bağçalarının, məktəblərin tikilməsindən, yolların çəkilməsindən, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olur. Günü-gündən gözəlləşən Qazax rayonunda görülən işlərin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Ölkə başçısının rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamının uğurla icra edilməsi bunu söyləməyə əsas verir. Bu məqsədlə ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlərə böyük sürətlə start verilib. Belə ki, bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları bunun əyani sübutudur. Məlumat verdiyimiz kimi, şəhərdə "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları da əsaslı şəkildə təmir olunurdu. Bu gün 4 blokdan ibarət, hər biri 50 mənzilli olan həmin yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi olub. Binanın qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində iştirak etmək üçün "Gillik” adlandırılan əraziyə gəlib. Binada yaşayan sakinlər və tədbir iştirakçıları rayon rəhbərini alqış sədaları altında böyük hörmət və səmimiyyətlə qarşılayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Rayon rəhbəri çıxış edərək açılış mərasimi münasibətilə bina sakinlərini səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, mən aprel ayında görüş keçirən zaman sizlərə söz vermişdim ki, rayonumuzdakı digər çoxmənzilli binalar kimi, bu binalar da əsaslı təmir olunacaqdır. Bu gün tam əminliklə deyə bilərik ki, biz o vədimizə uğurla əməl etdik. Siz sakinlərin istəyinə uyğun olaraq əsaslı, eyni zamanda da keyfiyyətli təmir işləri görüldü.
"Respublika Prezidentinin siyasətinin əsasında xalqa xidmət dayanır” deyən icra başçısı bu istiqamətdə atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz açıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu qeyd edib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu bildirib.
İcra başçısı Rəcəb Babaşov bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan nailiyyət də həmin düzgün təmələ söykənir.
4 saylı binada yaşayan sakinlərdən İlhamə Xuduyeva, Pərnisə Qədimova, İmamqulu Carçıyev, 5 saylı binanın sakini Nailə Əliyeva, 24 mənzilli binada yaşayan Qəndab Sadıqova səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, sizin hər görüşdə biz sakinlərin qayğıları ilə yaxından maraqlanmağınız, qaldırılan hər bir məsələyə operativ şəkildə münasibət bildirməyiniz bizi çox sevindirir və dövlətə, dövlət başçısına olan inamımızı daha da artırır. Biz sakinlər 2 il 4 aydır ki, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda yüksəkdə tutulmasının şahidi oluruq. Sizin bizim yaşadığımız binaları, eləcə də istəyimizi nəzərə alıb hər iki binanın qarşısında yerləşən xeyir-şər evlərini də yüksək səviyyədə əsaslı şəkildə təmir etdirməyiniz bu qayğının əyani təzahürüdür. Məlumat üçün bildirək ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.
GOYEZEN.AZ Geri qayıt |