Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilibBu gün, 20:09 |
|
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 5-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib. “Qızıl Qaya” şadlıq sarayında təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğullarının ailələri, qazilər, müharibə iştirakçıları, rayon ziyalıları, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Bayram tədbirində iştirak edən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 dəfə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı. ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Amil Göyüşov, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”medalları ilə təltif olunmuş, gizir Elvin Orucovun anası Səidə Orucova, Milli Qəhrəman Alı Mustafayevin bacısı Maral Mustafayeva və başqaları çıxış edərək əlamətdar gün münasibətilə səmimi arzularını səsləndiriblər. 8 noyabrın Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın birliyinin, ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsi kimi yaddaşlara qızıl hərflərlə yazıldığını vurğulayıblar. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz iradəsini, əzmini və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdiyini, Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərdiklərini bildiriblər. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməyin, onların ailələrinə diqqət və qayğı ilə yanaşmağın hər birimizin mənəvi borcu olduğunu, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının məhz şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın ifadəsi olduğunu qeyd ediblər. Rayonumuzda da şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərildiyini, bugünkü bayram süfrəsinin də həmin qayğının davamı olduğunu qeyd edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra bayram tədbiri bədii hissə ilə davam edib. Gənc müğənni Nəsimi Kamaloğlu “Dur gedək Qazaxa bir salam verək”, Xalq şairi Səməd Vurğunun “Azərbaycan”, gənc Aşıq Samir Cəlaloğlu və aşıq Yaşar Gülümcanov Xalq şairi Səməd Vurğunun sözlərinə yazılmış Şirvan bölgəsinin aşıq musiqisi, gənc müğənni Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycanım”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Azərbaycan” mahnı töhfələri ilə bayram şənliyinə xoş ovqat qatıblar.
Geri qayıt |