Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib23-09-2026, 21:33 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Sentyabrın 20-də şəhidimizin atası Məmmədov Veyis Həsən oğlu dünyasını dəyişib. Bu gün mərhumun üç mərasimi olub. Sentyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kəmərli kəndində olub. Rayon rəhbəri şəhid atası mərhum Veyis Məmmədovun vəfatından kədərləndiyini bildirib, şəhidin qardaşına, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını vurğulayıb. Şəhidlərimizlə yanaşı, onların ata və analarının, övladlarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını qeyd edib. Geri qayıt |