Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilib
Qazaxda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilibDünən, 23:16 |
|
“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır. İyunun 19-daQazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilib.
Rəsmi açılış öncəsi"Sözün Rəngi" rəsm sərgisinə baxış olub. Rayon rəhbərliyi və iştirakçılar gənc könüllü rəssamların Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr etdikləri fırça işlərinə və rəsm tablolarına baxış keçiriblər.
Sərgidə BDU Qazax filialının, Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Nigar Allahverdiyevanın, Filologiya ixtisasının III kurs tələbəsiElmira Alməmmədovanın, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Səma Nağıyevanın, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının I kurs tələbəsi İmaməddin Hüseynovun, Sosial iş ixtisasının II kurs tələbəsi Səadət Mirzəyevanın əsərləri yer alıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənc könüllülər arasında keçirilən Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri də öz yazılarını təqdim ediblər. I yerin qalibi, BDU Qazax filialının Tarix ixtisasının III kurs tələbəsi Əhməyev Ümid Mollacuma oğlu, II yerin qalibi, BDU Qazax filialının Sosial iş ixtisasının II kurs tələbəsi Kosayeva Nərgiz Amil qızı,III yerin qalibi BDU Qazax filialının Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Aslanlı Tərlan İlham qızı öz yazı işlərini səhnədə səsləndiriblər. Daha sonra tədbirin bədii hissəsinə - “Vurğun Nəfəsi” Poeziya Marafonuna start verilib.Tədbirin bədii hissəsində gənc könüllülərin təqdimatında Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığını əks etdirən ölməz poeziya nümunələri səsləndirilib. BDU Qazax filialının, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Tərlan Aslanlı şairin "Ala Gözlər", Filologiya ixtisasının I kurs tələbəsi Sahibə Əlizadə şairin "Şair, nə tez qocaldın sən", Tarix ixtisasının I kurs tələbəsi Leyla Qasımova şairin "Kür çayı", Riyaziyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Fəridə Məmmədovaşairin "Dağlar", Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının I kurs tələbəsi Qönçə Xəlilova şairin "Yada sal məni", Qazax Dövlət Sosial-İqtisadi Kollecin Poçt-rabitə ixtisasının II kurs tələbəsi Aysel Bayramova şairin "Azərbaycan", BDU Qazax filialının Turizim İşinin təşkili ixtisasının I kurs tələbəsi Məhəmməd Qaravəliyev şairin "Dilcan dərəsi" şeirlərini səsləndiriblər. Yuxarı Salahlı kənd folklor evinin uşaq aşıqlar qrupunun şairin “Azərbaycan” şeirinə hazırladıqları kompozisiya alqışlarla qarşılanıb. Sonda intellektual viktorina keçirilib. Qazax rayon ArazƏmilov adına Daş Salahlı kənd 1 nömrəli, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı, Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəblərin şagirdləri arasında (5 komanda, hər komandada 5 nəfər) keçirilən viktorinada Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına dair suallar səsləndirilib. Yekun nəticəyə əsasən Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Dilcoşanlar” komandası 1-ci yerə, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Kür sədası” komandası 2-ci yerə, Qazax rayon ArazƏmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin “Poeziya məşəli” komandası 3-cü yerə layiq görülüblər. Qalib komandaların üzvləri və inşa yazı müsabiqəsinin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindənmükafatlandırılıblar. Sonda xatirə şəkilləri çəkdirilib.
Geri qayıt |