Əsas Səhifə > Manşet / Şəhidlər > "Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadı
"Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadıDünən, 21:04 |
|
Fevralın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və "Arkoz Qazax Sement Zavodu” MMC-nin İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehovla birlikdə qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində olub,ailəsini ziyarət ediblər. Evdə, eləcə də həyətdə görülməsi nəzərdə tutulan işlər yerində müzakirə olunub, görülən hər bir işin şəhid ailəsinin istəyinə uyğun şəkildə həyata keçiriləcəyi bildirilib. Rayon rəhbəri illər ötsə belə əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, Akşin Nəsibov kimi şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Bu gün Akşin kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın, ailəsinə qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü bildirib. İcra başçısı zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. Şəhid atası Vasif Nəsibov da öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısının şahidi olduğunu qeyd edən şəhid atası bu gün bunu öz ailəsinin timsalında hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq qeyd edib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenivə“Vətən uğrunda” medalıilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.
Geri qayıt |