Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubileyi qeyd olunub
Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubileyi qeyd olunub4-12-2025, 23:34 |
|
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafadan qonaq gəlmiş AYB üzvü Bəyaz Əliyeva,qazaxlı yazarlardan Gülsənəm Cəlilli, Tamella Poladlı, Səhlədar Hidayətoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubiley tədbirində iştirak etməkdən məmnun olduqlarını söyləyib, yubilyara təbriklərini, ürək sözlərini çatdırıblar. Qələmə aldığı şeirlərində, yazılarında hər zaman Vətəni, müstəqil, suveren Azərbaycanı tərənnüm edən şairəyə yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıblar. Gənc AşıqSamir Cəlaloğlu, Aşıq Saqif Məzəmli Güləmail Muradın qələmə aldığı şeirləri saz havası üstə səsləndirərək yubilyara olan təbriklərini çatdırıblar. Şair, AYB üzvü, Rüfət Axundlu şairənin “Şəhid anasıyam”, BDU Qazax filialında Turizm fakültəsinin tələbəsi Məhəmməd Aslanbəyli şairənin “Türkü Şuşaya çağırdı”, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbəsi Tərlan Aslanlı şairənin “Baba Heydərim” şeirini səsləndiriblər. “BABA HEYDƏRİM” Gözlərin mavidir, sanki bir dəniz, Bir sonsuz ümmansan, Baba Heydərim Sənsən millətimə əzizdən əziz, Doğma, mehribansan, Baba Heydərim! Qorqud ölkəsinin baharısan sən, Babəklər, Nəbilər diyarısan sən! Cavanşir yurdunun vüqarısan sən! İgid, qəhrəmansan, Baba Heydərim! Hər şah gedişinə mat qaldı fələk! Kəsmədi önünü min fitnə, kələk! Sinəmdə döyünən ürəksən, ürək! Damarımda qansan, Baba Heydərim! Sevdin doğmasını, sevdin yadını, Verdin millətinə könül odunu! Yazdın tarixlərə xalqın adını, Tarxisən, zamansan Baba Heydərim! Haqqın, ədalətin tərəfisən sən, İlhamtək oğulun sələfisən sən! Bilgə xaqanların xələfisən sən, Bilgəsən, xaqansan, Baba Heydərim! Heykəlin ucalır bu gün hər yanda, Cismin torpaqdadır, sən asimanda! Çox şahlar, xaqanlar görən cahanda, Özün bir cahansan, Baba Heydərim! Göylərə baş vuran bir qoca dağsan, Əbədi gül açan bağçasan, bağsan! Naxçıvan, Qazaxsan, sən Qarabağsan, Sən Azərbaycansan, Baba Heydərim! Tədbirdə yubilyara Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Məlumat üçün qeyd edək ki, şair-publisist Güləmail Murad(Güləmayıl Novruzəli qızı İsayeva) 1950-ci ildə Qazax rayonunun (indiki Ağstafa) Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin il də Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakültəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğurunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə işıq üzü görüb. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da oradan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir. Uzun müddət Gürcüstan Respublikasında öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elm-təhsil müəssisələrində ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs deyib (2016-cı ilə). Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Sevgi dastanı” (fransızca 2013), “Dostluq körpüsü” (ingilis və ərəbcə, 2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” - tirilogiya (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Günnüt zəfəri“ (2019), “Canını Vətənə sərhəd elədi...” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı” (2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023), “5 Ulduz” və seçilmiş əsərləri (2024) kitablarının müəllifidir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı” (fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə, 2013) və “Döyüş yolları” (rus dilində, 2022), “Nuru Paşa dastanı” (dörd dilə tərcümə edilb, 2023)”, ”Sən Azərbaycansan” (2023 (4 dildə), “Dədə Anar dastanı” (2023”, “Kadirlidə 4 gün (özbək və azərbaycanın türkcəsi dilində), ”Teymurun səsi”(2023), “Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Beş Ulduz” (2024) və “ Seçilmiş əsərlər” (2024) kitabları, müəllifini ölkəmizin hüdudlarından kənarda da tanıtdırıb. Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib. Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən - bulud gözlü, sən - yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda - 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə... Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər İttifaqının, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib ( 2007). Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, yaradıcılığı “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmana (2010) və Təşəkkürnaməyə (2012), bir çox əsəri Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri Fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb. 17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Xidmətinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış “Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, mükafat və Fəxri Diplomla təltif edilib. Vətənpərvərlik mövzusunda şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin, Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş “Vətən sağ olsun” kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “General Əliağa Şıxlinski” yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb. Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017). Aprel döyüşlərinə həsr olunmuş “Qayıdış” kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri Fərmana layiq görülüb (2017). ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə onu Fəxri Fərman təltif (2022) edib. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb. Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə “Qafqaz-Media” İctimai Birliyi və ASKEF-in Milli Mətbuat Günü münasibətilə “Ustad Qələm Sahibi” diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub. BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017). Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin (2016)üzvü. İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek Birliyinin (2017) üzvü. “İrak Türkmən Edebiyatçılar Örgütünün (2018) üzvüdür. Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013). İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürüne, Türk Edebiyatına vermiş olduğu hidzmetlerinden dolayı” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Xidmətinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplom ilə təltif olunmuşdur. 27 avqust 2023-cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyasında mükafat və “Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı alıb. Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən “Türk Dünyası Edebiyatına Üstün Hizmetlerinden Dolayı Altın Madalya” ilə (2023) dəyərləndirilmişdir. Səməd Behhrəngi adına Fəxri Fərmana (2023) layiq görülüb. 37. Uluslararası Türk Dünyası Kültür Sanat Şöləni Bursa katılması münasibətilə təşəkkürnamə (2024) ALIB. Azərbaycan Yazıçılar Birliyi Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır. Geri qayıt |