Əsas Səhifə > Kənd təsərrüfatı > 2024-cü ilin yanvar-mart aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2024-cü ilin yanvar-mart aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri18-05-2024, 13:50 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü ilin yanvar-mart aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 87 milyon 320,8 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə sənayedə 16,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 17,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 4,2 faiz artmış, tikintidə isə 52,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 22,7 faiz azalmışdır. 2024-cü ilin yanvar-mart ayları ərzində məhsul və xidmətlərin 89,9 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 907,6 manat təşkil etmişdir. Sənaye. 2024-cü ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 43 milyon 871,2 min manatlıq və ya 2023-cü ilin yanvar-mart aylarına nisbətən 16,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,2 faiz, emal sektoru 66,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 17,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,7 faiz təşkil etmişdir. Məhsulun 82,0 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz artmışdır. 2024-cü ilin yanvar-mart aylarında mədənçıxarma sektorunda 6 milyon 646,0 min manatlıq, emal sektorunda 29 milyon 313,2 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin yanvar-mart aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 23,3 faiz azalmış, emal sektorunda 25,3 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-mart aylarına nisbətən tikinti materiallarının istehsalı 15,5 faiz artmış, mebellərin istehsalı 3,0 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 24980,3 MVt.s elektrik enerjisi, 47,8 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 4,9 faiz artmış, əhaliyə və digər istehlakçılara 254,2 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2024-cü ilin məhsulu üçün 4477,0 hektar sahədə buğda, 6838,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində 1317,0 ton ət (diri çəkidə), 7449,3 ton süd, 2718,0 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 0,6 ton azalmış, süd istehsalı 0,3 ton, yumurta istehsalı 2,0 min ədəd (0,1 faiz) artmışdır. 2024-cü ilin aprel ayının 1-nə 29326 baş iribuynuzlu mal-qara (ondan 16028 baş inək və camış), 126376 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilin eyni dövrünə nisbətən mal-qaranın baş sayı 0,8 faiz, qoyun və keçilərin baş sayı isə 1,1 faiz azalmışdır. Tikinti. 2024-cü ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 895,0 min manat məbləğində, yaxud 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 765,4 min manatı və ya 93,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat. 2024-cü ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 3631,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin eyni dövrünə nisbətən 6,8 faiz artım müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 432,0 min ton yük daşınmış və 2023-cü ilin yanvar-mart aylarına nisbətən 6,7 faiz artmışdır. İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 463,0 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 396,3 min manatı və ya 85,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 22,7 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 84,1 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilin yanvar-mart aylarına nisbətən 26,2 faiz azalmışdır. Pərakəndə ticarət. 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 72 milyon 648,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 9 milyon 650,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 4,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,0 faiz artmışdır. Ticarət şəbəkələrində 42 milyon 132,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30 milyon 516,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 1,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 8,3 faiz artmışdır. İstehlak qiymətləri indeksləri. 2024-cü ilin mart ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində fevral ayına nisbətən 0,2 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 0,4 faiz, qeyri-qida məhsullarının qiymətlərində 0,1 faiz bahalaşma müşahidə olunmuş, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2024-cü ilin yanvar-mart aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 1,7 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,7 faiz, qeyri-qida məhsullarının qiymətlərində 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,3 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı. 2024-cü ilin yanvar-mart ayları ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 697,0 manat, dövlət sektorunda 668,6 manat, qeyri-dövlət sektorunda 744,5 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1440,9 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 861,3 manat, maliyyə və sığorta sahəsində 1647,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 434,7 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 997,6 manat, təhsil sahəsində 614,2 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 726,5 manat, istirahət, əyləncə və incəsənət sahəsində 471,3 manat təşkil etmişdir. Demoqrafik vəziyyət. 2024-cü ilin yanvar-mart aylarında rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 30 nəfər artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 96 min 236 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; Ümumi məhsul buraxılışı 2024-cü ilin yanvar-mart ayları ərzində 82 milyon 320,8 min manat həcmində və ya 2023-cü ilin yanvar-mart aylarına nisbətən 6,7 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 907,6 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-mart aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 43 milyon 871,2 manat (50,2 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 15 milyon 458,9 min manat (17,7 faiz), tikintidə 1 milyon 765,4 manat (2,0 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 2 milyon 514,8 manat (2,9 faiz), informasiya və rabitə sahəsində 463,0 min manat (0,6 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 23 milyon 247,5 min manat (26,6 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 16,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 12,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 4,2 faiz artmış, tikintidə 52,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 22,7 faiz azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
Qrafik 1 2024-cü ilin yanvar-mart aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə
Qrafik 2 2024-cü ilin yanvar-mart aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə
Sənaye 2024-cü ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri tərəfindən 43 milyon 871,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 16,5 faiz çox olmuşdur. Ümumi istehsalın 87,2 faizini sənaye məhsulları, 12,8 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 66,8 faizi emal, 17,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 15,2 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,3 faiz artaraq 35 milyon 989,4 manat və ya sənaye məhsulunun 82,0 faizini təşkil etmişdir. Qrafik 3 2024-cü ilin yanvar-mart aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 48 milyon 362,5 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 7037,6 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 16,0 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 29 milyon 313,2 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 66,8 faiz təşkil etmiş və 2023-cü ilin yanvar-mart aylarına nisbətən 25,3 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (83,3 faiz), qida məhsullarının istehsalı (7,4 faiz), mebellərin istehsalı (8,6 faiz) təşkil edir. Qida məhsullarının istehsalı faktiki qiymətlərlə 0,7 faiz artaraq 2 milyon 177,4 min manata çatmış və bölmənin məhsullarının 7,4 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 66,8 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 7 milyon 583,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 24980,3 MVts elektrik enerjisi, 47,8 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilin yanvar-mart aylarına nisbətən 4,9 faiz artmış və 329,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 254,2 min kubmetr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 895,0 min manat və ya 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 52,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 765,4 min manatı və ya 93,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 25,9 faizini dövlət sektoru, 74,1 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
Qrafik 4 Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2024-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 1 milyon 391,2 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 1 milyon 345,9 min manatını, yaxud 96,7 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 96,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 3,3 faizini sair işlər) təşkil etmişdir. 3,3 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2024-cü ilin yanvar-mart ayları)
Kənd təsərrüfatı 2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 15 milyon 458,9 min manat təşkil etmiş, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə eyni səviyyədə qalmışdır. Bitkiçilik. 2024-cü ilin məhsulu üçün 4477,0 hektar sahədə buğda, 6838,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 aprel 2024-cü il tarixinə 2024-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 7-ci cədvəllə xarakterizə olunur: Cədvəl 7 01 aprel 2024-cü il tarixinə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Heyvandarlıq. 2024-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1317,0 ton ət, 7449,3 ton süd, 2718,0 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 0,6 ton azalmış, süd istehsalı 0,3 ton, yumurta istehsalı 2,0 min ədəd artmışdır. Cədvəl 8 Heyvandarlıq məhsullarının istehsalı, sentner
2024-cü ilin aprel ayının 1-i tarixinə 29326 baş iribuynuzlu mal-qara (ondan 16028 baş inək və camış), 126376 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 233 baş (0,8 faiz), inək və camışların sayı 162 baş (1,0 faiz), qoyun və keçilərin sayı 1419 baş (1,1 faiz) azalmışdır. Cədvəl 9 Mal-qaranın sayı, 01.04.2024-cü il tarixinə, baş
Nəqliyyat 2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 3631,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin yanvar-mart aylarına nisbətən 6,8 faiz artmışdır. Cədvəl 10 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 432,0 min ton yük daşınmış və 2023-cü ilin eyni dövrünə nisbətən 6,7 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2024-cü ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 2 milyon 514,8 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilin yanvar-mart aylarına nisbətən 17,2 faiz artmışdır. Göstərilmiş xidmətin 93,0 min manatı (3,7 faizi) dövlət sektorunun, 2 milyon 421,8 min manatı (96,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 12
İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 22,7 faiz azalaraq 463,0 min manat təşkil etmişdir ki, onun da 396,3 min manatı (85,6 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-mart aylarına nisbətən 23,9 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 84,1 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 15,9 faiz təşkil etmişdir. Cədvəl 13 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
İstehlak bazarı 2024-cü ilin yanvar-mart ayları ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 82 milyon 298,5 min manat olmaqla 2023-cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9 faiz artmışdır. Cədvəl 14 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2024-cü ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət şəbəkələrində istehlakçılara 72 milyon 648,5 min manatlıq məhsul satılmış və onun 42 milyon 132,2 min manatını (58,0 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30 milyon 516,3 min manatını (42,0 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilin yanvar-mart aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 4,2 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 8,3 faiz artmışdır. Cədvəl 15 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2024-cü ilin yanvar-mart aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 251,7 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 146,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 105,7 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 24,9 faizini hüquqi şəxslər, 16,9 faizini fərdi sahibkarlar tərəfindən, 58,2 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 16 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 5 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 17 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
01.04.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 9 milyon 751,6 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2024-cü ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 960,0 min manat olmuşdur. Cədvəl 18
Əhaliyə göstərilən ödənişli xidmətlər 2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 2,0 faiz artaraq 9 milyon 650,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyon 69,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 42,2 faizini təşkil etmişdir. Cədvəl 19 Ödənişli xidmətlərin göstərilməsi
2024-cü ilin yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla 100,3 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 20 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 75,6 faiz təşkil etmişdir. Cədvəl 21 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 6 2024-cü ilin yanvar-mart aylarında iri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə Qiymət indeksləri İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,7 faiz təşkil etmişdir. 2024-cü ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,7 faiz təşkil etmişdir. 2024-cü ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,9 faiz təşkil etmişdir. 2024-cü ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,3 faiz təşkil etmişdir. Cədvəl 22 İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə
..ardı
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-mart aylarında 11059 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6917 nəfər (62,5 faiz), qeyri-dövlət sektorunda isə 4142 nəfər (37,5 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,2 faizi sənaye (o cümlədən 2,8 faizi mədənçıxarma, 7,7 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 1,6 faizi tikinti, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 80,1 faizi xidmət sahələrində, o cümlədən 27,9 faizi təhsil, 21,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,9 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-mart aylarında hüquqi şəxslər üzrə 18 yeni iş yeri açılmış və 202 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerləri mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 23 2023-cü ildə və 2024-cü ilin yanvar-mart aylarında yeni açılmış iş yerlərinin xarakteristikası
Əməkhaqqı 2024-cü ilin yanvar-mart aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 697,0 manat, həmçinin dövlət sektorunda 668,6 manat, qeyri-dövlət sektorunda 744,5 manat təşkil etmiş, 2023-cü ilin yanvar-mart aylarına nisbətən rayon üzrə 11,1 faiz, o cümlədən dövlət sektoru üzrə 6,6 faiz, qeyri-dövlət sektoru üzrə isə 18,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1440,9 manat, mədənçıxarma sənayesində 979,1 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 861,3 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 866,1 manat, maliyyə və sığorta sahəsində 1647,7 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 997,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 726,5 manat təşkil etmişdir. Cədvəl 24 2024-cü ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 7 2024-cü və 2023-cü illin yanvar-mart aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla Demoqrafik vəziyyət 01.04.2024-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20,1 min nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 65,3 min nəfər (68,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 10,8 min nəfər (10,8 faiz) əhali vardır. Qazax rayonu üzrə əhalinin sayı 2024-cü ilin yanvar-mart aylarında 30 nəfər artaraq 01.04.2024-cü il tarixinə 96 min 236 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 333 nəfər) kişilər, 50,8 faizini (48 min 903 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 25 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar-mart ayları)
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında rayonda 180 nəfər doğulan körpə, 163 ölüm, 90 nikaha daxilolma, 39 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 7,5, ölənlər 6,8, nikahlar 3,8, boşanmalar 1,6 təşkil etmişdir. Qrafik 8 2024-cü və 2023-cü ilin yanvar-mart aylarında demoqrafik göstəricilər, nəfərlə Cədvəl 26 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2024-cü ilin yanvar-mart ayları ərzində rayon üzrə miqrasiya saldosu müsbət 13 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |