Kənd
təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı, o cümlədən
ot biçini mövsümündəyik. Bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı
da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı
qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli
taxılın yanğın təhlükəsizliyi də daim diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər
həyata keçirilməlidir.
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi
və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər
aparılır.
Növbəti tədbir iyunun 25-də rayonun Bala Çaylı kəndi ərazisində keçirilib.
Tədbirdə Qazax RİH başçısı aparatında
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir
müavini Azad Hümbətov, Qazax Rayon Polis Şöbəsinin rəis müavini Şakir
Rüstəmov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Gəncə
Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük
inspektoru Etibar Vəliyev, Gəncə RDYNİ-nin Dövlət Yanğın Nəzarəti Şöbəsinin
inspektoru Orxan İbrahimov, RİH başçısının İƏD-si üzrə nümayəndələri, bələdiyyə
sədrləri, təsərrüfat rəhbərləri iştirak ediblər. Maarifləndirici tədbirdə
praktik təlim aparılması üçün sahəyə kombayn, kotanlı traktor, yanğınsöndürmə
avadanlıqları, su maşını və yük maşını cəlb olunub.
Qazax RİH
başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək təşkil olunmuş tədbirin
məqsəd və əhəmiyyətindən danışıb. A.Hümbətov hazırda kənd təsərrüfatı
işlərinin qızğın dövrü olduğunu və belə bir vaxtda yanğın təhlükəsizliyi
tədbirlərinə qarşı hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü, bu sahəyə daha
həssas yanaşılmalı olduğunu bildirib. Dənli və
texniki bitkilərin əkin sahələrinin, meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi
orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında
çalışan bütün şəxslərin ümdə vəzifəsi olduğunu diqqətə çatdırıb. Hər il ot və
taxıl yığımı mövsümünə hazırlıq dövründə yanğına qarşı təbliğat xarakterli tədbirlər
həyata keçirilməsinə baxmayaraq, taxıl sahələrində, meşələrdə yanğın hadisələri
baş verdiyini bildirib. Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən,
siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin,
mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik
xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər
texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin
yandırılması səbəbləri ilə baş verdiyini qeyd edib. Bunun üçün hər kəsin üzərinə
düşən məsuliyyətin mahiyyətini dərk edərək dənli və texniki bitkilərin
yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin
təmin olunmasına daha ciddi şəkildə yanaşılmalı, bütün qüvvələri bu sahəyə səfərbər
etməli olduğunu bir daha diqqətə
çatdırıb. Qeyd edilənlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıq və
tövsiyələrini verib.
Gəncə Regional
Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük
inspektoru Etibar Vəliyev tədbir iştirakçılarını salamlayıb, bugünkü tədbirin təşkil
olunmasında əsas məqsədin yay mövsümünün başlaması ilə əlaqədar olaraq taxıl
biçini zamanı yanğın təhlükəsizliyi
qaydalarına riayət edilməsini bir daha nəzər çatdırmaq olduğunu vurğulayıb. Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü
əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən
ölkəmizdə bu sahənin inkişafının daim diqqət mərkəzində
saxlanıldığını qeyd edib. Odur ki, son dövrlər bu istiqamətdə, xüsusən də taxıl
tədarükünün artırılması, əhalinin ərzaqla etibarlı təminatı ilə bağlı dövlət və
ölkə rəhbəri tərəfindən mühüm qərarlar qəbul edildiyini söyləyib.
Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün
artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən birinin də biçin dövründə
yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi
olduğunu bildirib. Hər kəsi üzərinə düşən işin məsuliyyətini dərk etməyə, dövlətin
bu sahədə gördüyü işlərə dəstək olmağa çağırıb.
Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün
artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən birinin də biçin dövründə
yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi
olduğunu bildirib. Hər kəsi üzərinə düşən işin məsuliyyətini dərk etməyə, dövlətin
bu sahədə gördüyü işlərə dəstək olmağa çağırıb.
Qazax Rayon
Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmov yanğın təhlükəsizliyi qaydalarına əməl
etməyin vacibliyini qeyd edərək bu sahədə qanun pozuntularına yol verən şəxslər
barədə hüquqi qaydada ciddi tədbirlər görüləcəyini bildirib.
Gəncə RDYNİ-nin Dövlət Yanğın Nəzarəti Şöbəsinin inspektoru Orxan
İbrahimov çıxış edərək biçinə
hazırlıq dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar hansı tədbirlərin həyata
keçirilməli olduğu barədə ətraflı məlumat verib. Meşələrin
yanğın təhlükəsizliyinin də daim diqqət mərkəzində saxlanılmalı, belə hadisələrin
qarşısının alınmasında aidiyyatı dövlət orqanları ilə yanaşı, vətəndaşların da
üzərinə çox mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, ot-taxıl biçini
mövsümündə tarlalarda və meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına
ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə,
sağlamlığımızın mənbəyi olan meşələrimizin yanğından qorunmasını təmin edə bilərik.
O.İbrahimov bir neçə sadə təhlükəsizlik qaydalarını da tədbir
iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki:
- taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların
yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
- sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış
materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
- siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
- fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru
ot və tullantılardan vaxtaşırı təmizləyin;
- təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud
köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı
açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı
nəzarətsiz qoymayın;
- tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su
ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
- küləkli havada tonqal qalamayın;
- yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;
- yanğın baş verərsə,
mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça
materialı və s.) söndürməyə çalışın və "112” qaynar xəttinə məlumat verin.
Təhlükə zamanı "112”yə zəng edin!
Çaylı kənd sakini, fermer Mahir
Nağıyev, RİH başçısının Dəmirçilər kənd İƏD-si üzrə nümayəndəsi Gülnaz
Mahmudova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Yanğın təhlükəsizliyi
qaydalarına əməl etməyin vətəndaş olaraq hər kəsin üzərinə düşən ən böyük məsuliyyət
olduğunu qeyd ediblər. Bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək
qiymətləndiriblər. Tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|