Əsas Səhifə > İdman > "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib
"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib7-01-2026, 18:51 |
|
“"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır. Yanvarın 7-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən İşçi qrupunun üzvləri və rayonda fəaliyyət göstərən xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti iclas keçirilib. Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, sözügedən İşçi qrupunun rəhbəri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İşçi qupunun üzvləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Geri qayıt |