Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər
Qazaxlı gənclər 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə Kompleksini ziyarət ediblər5-11-2021, 18:25 |
8 Noyabr – Zəfər Günü Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən də qeyd olunub. İdarə tərəfindən rayonun sərhəd kəndlərində yaşayan gənclərin, Vətən müharibəsi qazilərinin və iştirakçılarının iştirakı ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksi ziyarət edilib. Gənclər torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar. Abidə Kompleksində şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə igid oğullarımızı yaxından tanıyıblar.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, 44 gün davam edən müharibə dövründə "Dəmir yumruq" əməliyyatı həyata keçirən ölkəmiz erməni işğalçılarını diz çökdürdü. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına böyük qələbə yaşatdı. V.Nəbiyev bugünkü Zəfərimizi, Qələbəmizi Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu olduğumuzu bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində rayonumuzun gəncləri də igidlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Vətən müharibəsində Qazaxın 51 nəfər igid oğlu ən ali zirvə olan Şəhidlik zirvəsinə ucaldı. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rayon rəhbərliyi tərəfindən şəhidlərimizə, qazilərimizə, onların ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan söz açan natiq həmin qayğının hər kəs üçün nümunə olduğunu bildirib. Bugünkü ziyarətin həmin ehtiramın davamı olduğunu diqqətə çatdırıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin məşqçi-müəllimi, ehtiyatda olan mayor, "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilmiş Müşfiq Eyyubov, "Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş Sahib Qurbanov çıxış edərək Vətəni canından əziz tutan şəhidlərimizə Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez zamanda sağalmalarını arzu ediblər. Şəhidlərimizin xatirəsini yaşatmağın, əziz tutmağın hər birimizin borcu və vəzifəsi olduğunu diqqətə çatdırıblar.
GOYEZEN.AZ Geri qayıt |