Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Qazaxlı gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər9-09-2021, 13:13 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi həkk olundu. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr hərb tariximizə Zəfər Günü kimi yazıldı. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün vətəndaş olaraq hər birimiz Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı düşmən tapdağından azad edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə şəhərdəki şəhidlər qəbiristanlığına gələrək Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medallarıilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarlarına tər qərənfillər düzərək əziz xatirələrini ehtiramla anıblar. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən müharibəsinin dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu, hərbçilərimizin döyüşlərdəki peşəkarlığını, qəhrəmanlığını və məharətini göstərdiyini bildirib. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd edib. Böyük zəfəri bizlərə bəxş edən qəhrəman oğullarımıza bir ömür boyu borclu olduğumuzu, bütün şəhidlərimizin əziz xatirələrinin daim yad olunacağını, qəlbimizdə əbədi yaşayacaqlarını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açan S.Namazov bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu, həmin məqsəd və amala xidmət etdiyini diqqətə çatdırıb. Gələcək nəsillərə şəhidlərimizi tanıtmağın ən ümdə iş olduğunu söyləyib. Qəhrəman şəhidimiz gizir Elvin Orucovun anası Səidə Orucova övladının xatirəsini əziz tutduqlarına, yad etdiklərinə görə gənclərə razılığını bildirib. Şəhid anası kimi təkcə övladı Elvinlə deyil, bütün şəhidlərimizlə fəxr etdiyini dilə gətirib. Elvinin tək qazaxlıların oğlu deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib. Bugünkü ziyarəti bütün şəhidlərimizə olan ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun məzarı
GOYEZEN.AZ Geri qayıt |