Əsas Səhifə > Gənclər > Qazaxda 15 İyun - Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunur

Qazaxda 15 İyun - Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunur


14-06-2021, 21:10


Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı kimi yaddaşlara həkk olunmuş 15 iyun günü xalqımız tərəfindən əlamətdar gün kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən 15 iyunu Azərbaycan xalqı Milli Qurtuluş Günü kimi bayram edir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 15 İyun - Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunur.

Növbəti tədbir iyunun 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin iştirakı ilə keçirilib.

COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına və tələblərinə uyğun olaraq keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi də bir dəqiqəlik sükutla yad olunub.




Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bu gün qürurla qeyd etdiyimiz 15 İyun – Milli Qurtuluş Gününün təməlində şanlı tarix səhifəsini yaradan, Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insanın – Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının parlaq gələcəyi naminə göstərdiyi misilsiz xidmətlərinin dayandığını bildiriblər. Qeyd ediblər ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq, Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.  Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində 30 illik həsrətdən sonra şanlı ordumuzun sayəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bütün dünya Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik, güclü lider olmasının, Azərbaycanın güclü dövlət olmasının və qüdrətli orduya sahib olmasının şahidi oldu. Ən əsası isə bu gün Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Gününü qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Buna görə də Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə, əsgər və zabitlərimizə minnətdardır.




 

GOYEZEN.AZ


Geri qayıt