Əsas Səhifə > Gənclər > 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı onlayn görüş keçirilib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı onlayn görüş keçirilib


14-06-2021, 15:58


Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan və bizlərə miras qoyan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

15 İyun - Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Bu gün 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı onlayn görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov bildirib ki, xalqın təkidilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə yaddaşlara yazılan Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. O, çıxışında qeyd edib ki, Heydər Əliyevin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsi gənclərə verilən ən böyük qiymətdir.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında Ulu Öndərin qayıdışı ilə ölkənin hüquq sferasında aparılan islahatlardan və əldə edilən uğurlardan bəhs edib. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva gəncləri əlamətdar gün münasibətilə təbrik edərək Ulu Öndərin bizlərə miras qoyduğu müasir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə uğurlar arzulayıb. 



 

GOYEZEN.AZ


Geri qayıt