Əsas Səhifə > Gənclər > “Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib

“Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib


25-05-2021, 14:10


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti film müzakirəsi keçirilib.

Gənclər rejissor Arif Babayevin yaradıcılığını müzakirə ediblər. Görüşdə qeyd olunub ki, rejissorun "İnsan məskən salır" (1966), "Uşaqlığın son gecəsi" (1970), "Gün keçdi" (1972), "Ömrün ilk saatı" (1975), "Alma almaya bənzər" (1976), "Arxadan vurulan zərbə" (1978), "Bizi bağışlayın" (1980), "Birisigün, gecəyarısı" (1981) filmləri "İnsan və zaman", "Şəxsiyyət və cəmiyyət" mövzularına həyat həqiqətləri prizmasından yanaşması ilə milli kinomuzun incilərindən sayılır. 

Klub üzvləri bildiriblər ki, bu filmlərdə qəhrəman onu əhatə edən mühitlə, mənzərə və musiqi ilə həmahəngdir. Filmləri tamaşaçıya yaxınlaşdıran, onun qısa müddətdə bir müstəvidən başqasına keçidini təmin edən isə məhz rejissorun yüksək bədii zövqüdür. 

GOYEZEN.AZ


Geri qayıt