Martın 31-də
Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş vebinar keçirilib.
Ümumilikdə
100 nəfərin iştirak etdiyi vebinarda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış
edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən
danışıb. V.Nəbiyev qeyd edib ki, 103 il əvvəl xüsusi
qəddarlıqla törədilmiş kütləvi qırğın olan mart soyqırımı unudulması mümkün
olmayan Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bildirib
ki, bütün faciələrə olduğu kimi, bu qanlı
faicəyə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi
qiymət verilmiş və Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü kimi
qeyd edilməyə başlamışdır.
Ulu Öndər Heydər
Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində
bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq
aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və
sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu
sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də
imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100
illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan
həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən
geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl
azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc
edilir.
Daha sonra mövzu ətrafında Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin Monitorinq və Qiymətləndirmə
şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin
müəllimi Esmira Şıxməmmədova, tələbələrdən Tutu Qocayeva, Ruhəngiz Yusifova, Vüsalə
Pepelyayeva çıxış edərək bildiriblər ki, 31 Mart Soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş
soyqırım deyil, eyni zamanda bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.
Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və
girov götürülüb. İllər ötsə belə tarixi keçmişimiz, xüsusilə də qan yaddaşımız
olan faciələr heç zaman unudulmamalıdır.
Tədbirin sonunda Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin tələbələri Gülsüm Həsənova, Coşqun Əlizadə, Tamerlan
Cəfərov və Məleykə Alməmmədova faciə qurbanlarının xatirəsinə həsr
olunmuş şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Geri qayıt
|