Əsas Səhifə > Gənclər > Qazax Gənclər Evinin kollektivi və bir qrup könüllüsü Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Qazax Gənclər Evinin kollektivi və bir qrup könüllüsü Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər


18-02-2021, 22:10

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


2020-ci il Azərbaycan tarixində erməni işğalçılarına qarşı Vətən müharibəsində qazandığımız böyük hərbi Zəfərlə unudulmaz iz qoydu. Xalqımızın mərd oğulları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni döyüş meydanında məğlub edərək, şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın işğalına son qoydular. Bu gün həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizdən, böyük Zəfərdən artıq 100 gün ötür.

Xalqımızın yaddaşına tarixi Qələbə kimi həkk olunan Vətən müharibəsində Qazaxın igid oğulları da şücaət göstərərək Şəhidlik zirvəsinə yüksəldilər. Haqq səsimizi bütün dünyaya çatdıran bu savaşda Qazax rayonunun Çaylı Bala Çaylı kəndinin igidləri də döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Vətən, torpaq uğrunda canlarını fəda edərək Şəhidlik zirvəsinə ucaldılar və ölümsüzlük qazandılar.

Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan və bizlərə əmanət edən oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işi və borcudur.

Fəaliyyətə başladığı ilk gündən "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin kollektivi də şəhidlərimizin xatirəsini daim əziz tutur, onların ailələrini və məzarlarını ziyarət edirlər.
Öz ənənəsinə sadiq qalan Qazax Gənclər Evinin kollektivi və bir neçə könüllü Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 100-cü günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmış Çaylı və Bala Çaylı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər.

Çaylı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuş Bala Çaylı kənd sakinləri, ölümlərindən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları təltif olunmuş şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun, "Vətən uğrunda” medalı təltif olunmuş şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun, Çaylı kənd sakinləri "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun və "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyiblər. Azərbaycan xalqı var olduqca, şəhidlərimizin əziz xatirəsinin daim yad olunacağını qeyd ediblər.







 

GOYEZEN.AZ


Geri qayıt