Əsas Səhifə > Gənclər > Qazaxda “Gənclər narkomaniyaya yox deyir” mövzusunda vebinar keçirilib

Qazaxda “Gənclər narkomaniyaya yox deyir” mövzusunda vebinar keçirilib


28-01-2021, 11:02


Yanvarın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Gənclər narkomaniyaya yox deyir” mövzusunda vebinar keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, narkotik vasitələrin və psixotrop maddələrin yeniyetmə və gənclərə vurduğu zərərlərdən danışıb. Narkomaniyanın insanın ağlını, iradəsini, duyğularını zədələyən mənəvi xəstəlik olduğunu gənclərin diqqətinə çatdırıb.


Vebinarda iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Ramin Sadıqov, narkoloq həkim Nahidə Osmanova, fəal gənclər Şəhadət Abbasov və Ülvi Zeynalov çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Çıxışçılar narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıblar. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildiriblər.

Ümumilikdə 49 nəfərin iştirak etdiyi vebinarda sonda iştirakçıları maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb, onların sualları cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt