Əsas Səhifə > Gənclər > “Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!”

“Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!”


30-06-2020, 10:38


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i mütəmadi olaraq məhz bu çağırış altında əhalinin kütləvilik təşkil etdiyi müxtəlif məkanlarda vətəndaşları özlərini və doğmalarını koronavirus (COVID-19) pandemiyasından qorumağa çağırırlar.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Bir-birimizi qoruyaq” çağırışlarına əsasən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) həmin ad altında start verdiyi kampaniyada fəal iştirak edərək bu aksiyanı Qazaxda uğurla həyata keçirirlər.

"Gənc Könüllülər”  bu dəfə ictimai iaşə obyektlərində, bərbərxanalarda, oyun salonlarında, tədris mərkəzlərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində "Bir-birimizi qoruyaq”, "Sağlamlıq məsafəsi saxlayın”, "Məsafə saxla”, "Nümunəvi obyekt” təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıb, məlumatlandırıcı flayerlər paylayıblar.

Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi xüsusi karantin rejimi dövründə vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.







 

GOYEZEN.AZ


Geri qayıt