Ölkə Prezidenti cənab İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə
rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start
verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Qazaxda da
uğurla icra olunur.
AKƏM-nin başlatdığı
"Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən bu aksiyada fəal
iştirak edirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə Qazax
Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əhalinin
kütləvilik təşkil etdiyi Mərkəzi bazar, "Nərgiz" Ticarət Mərkəzi, "Fəxri qazaxlılar” parkı, "Dəniz" kitab evi və digər
ictimai iaşə obyektlərində vətəndaşlar arasında maarifləndirmə işləri
aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və
tibbi maska paylayıblar.
Azərbaycanda fəaliyyət göstərən
könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi
aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların
kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış
qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin
sağlamlığını qorumaqdır.
Sosial aksiya vətəndaşlar tərəfindən razılıqla qarşılanır.
Mərkəzi bazar və "Nərgiz" Ticarət Mərkəzi
"Fəxri qazaxlılar” parkı
"Dəniz"
kitab evi
İctimai iaşə obyektləri
GOYEZEN.AZ
Geri qayıt
|