Əsas Səhifə > Gənclər > “Kitab klubu”nda müzakirə olunan növbəti əsər “Qaçaq Nəbi” pyesi olub

“Kitab klubu”nda müzakirə olunan növbəti əsər “Qaçaq Nəbi” pyesi olub


28-02-2020, 09:35


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu”nda növbəti görüş keçirilib. Ədəbiyyatsevər gənclər bu dəfə Süleyman Rüstəmin "Qaçaq Nəbi” (1940) pyesini müzakirə ediblər.

Klub üzvləri ilk olaraq əsərdəki obrazları təhlil edib və tarixi uyğunluqlarının müqayisəsini aparıblar. Qeyd olunub ki, sözügedən əsərdə Qaçaq Nəbinin fəaliyyəti nəinki Azərbaycanda, həmçinin Çar Rusiyasında hakimiyyətin ədalətsizliyindən əziyyət çəkən məzlumların mübarizəsi kimi ümumiləşdirilir. Nəbinin dəstəsinə qoşulan kazak Vasili obrazı, onlar arasında sinfi mübarizə ruhlu dialoq, Çar Rusiyasının müstəmləkəçilik xəttinin qabardılması bu ümumiləşdirmənin cəhətləri kimi meydana çıxır.

Gənclər eyni zamanda pyes əsasında 1985-ci ildə Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən çəkilən "Qanlı zəmi” filmi barədə də fikirlərini söyləyiblər.

Yekunda "Kitab klubu"nun növbəti görüşündə Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı” əsərinin müzakirəyə çıxarılması qərara alınıb.






GOYEZEN.AZ


Geri qayıt