Əsas Səhifə > Gənclər > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib


17-01-2020, 16:53


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş "Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, fəal gənclər və könüllülər iştirak ediblər.

İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

 

Tədbiri giriş sözü ilə açan Qazax GİKM-in əməkdaşı Abuhəyat Əfəndi 20 Yanvar hadisələrindən 30 il ötdüyünü, keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. 1990-cı ilin 20 yanvarında ölkəmizdə öz müstəqilliyi uğrunda mübarizə aparan dinc insanlara qarşı törədilən vəhşiliklərdən 30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu qəhrəmanlıq tarixini dərin minnətdarlıqla qeyd etdiyini vurğulayıb. Faciə qurbanlarının hörmət və ehtiramla yad olunduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə diqqət və qayğı göstərilməyə başlanıldığını, onların sosial-məişət problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib. Ən əsası da bu faciəyə məhz Ulu Öndər tərəfindən ilk dəfə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Dahi şəxsiyyətin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərdiyini, faciənin 30-cu ildönümü ilə əlaqədar Sərəncam imzaladığını bildirib. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd qəhrəmanlıq tariximiz olan 20 Yanvarın müstəqilliyimizin qazanılmasında rolunun gənc nəsillərə bir daha çatdırılmasıdır.

 

Sonra BDU-nun Qazax filialının tələbələri Aytac İbrahimova, Ümid Abbasov, Elmir Həsənov və Fədail Paşazadə 20 Yanvar faciəsinin tarixi haqqında fikirlər səsləndirib, müstəqilliyin gənc nəsil üçün miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıblar. Bildirilib ki, bir daha belə hadisələrin yaşanmaması üçün gənclik öz müqəddəratını düzgün müəyyənləşdirməlidir.




GOYEZEN.AZ


Geri qayıt