Əsas Səhifə > Gənclər > "İlk yardımın göstərilməsi" mövzusunda əyani üsullarla təlim keçirilib

"İlk yardımın göstərilməsi" mövzusunda əyani üsullarla təlim keçirilib


16-07-2019, 17:40


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində "İlk yardımın göstərilməsi" mövzusunda əyani üsullarla təlim keçirilib.

Mərkəzin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq bu tipli təlimlərin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin rəhbəri Qurban Qurbanlı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi barədə təlim iştirakçılarına ətraflı məlumat verib. O, bildirib ki, 1920-ci il mart ayının 10-da təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyəti müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən biridir. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı isə general Əliağa Şıxlinski olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin fövqəladə hallara hazırlıq üzrə çevik mobil dəstəsinin könüllüsü Əli Əliyev təlim iştirakçıları ilə ilk yardımın necə göstərilməsi barədə praktiki biliklərini bölüşüb.

Yekunda hər iki qurum gələcəkdə belə tədbirlərin mütəmadi olaraq keçirilməsini qərara alıblar.





GOYEZEN.AZ 


Geri qayıt