Əsas Səhifə > Video > Vətən müharibəsində yaralanan qazaxlı qazi Kənan Musayevə göstərilən növbəti dövlət qayğısı -
Vətən müharibəsində yaralanan qazaxlı qazi Kənan Musayevə göstərilən növbəti dövlət qayğısı -30-11-2020, 23:55 |
Son günlər sosial şəbəkələrdə haqqında paylaşımlar edilən Qazax rayon sakini qazi Musayev Kənan Nadir oğlunun problemləri həll olunub. Vətən müharibəsində iştirak edən və yaralanan qazimizə göstərilən növbəti dövlət qayğısı sayəsində bu gün evinə qaz xətti çəkilib. Noyabr ayının 24-dən isə anası işlə təmin edilib. Məlumat üçün onu da qeyd edək ki, qazimizin ailəsi 2016-cı ildə Əliağa Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan binada 3 otaqlı evlə təmin olunub. Yaşadıqları binanın xarici fasadında, bloklarında, pilləkan qəfəslərində əsaslı təmir işləri aparılıb. Elektrik xətləri səliqəyə salınıb. Binadakı 57 mənzilin hər birinə və blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan əlavə, sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün binanın həyətində blokların giriş hissəsinə beton səki salınıb. Bundan başqa, həyətdə sanitar qovşağı tikilib. İçməli su xətti çəkilərək bulaq tikilib sakinlərin istifadəsinə verilib. Binanın həyətinə şeben tökülərək səliqəyə salınıb. Qazimizin anası Məhəbbət Məmmədovanın müraciətinə əsasən rayon rəhbərliyi tərəfindən yaşadıqları evin təmirinə də köməklik göstərilib. Bu gün qazimiz və anası onlara göstərilən dövlət qayğısına görə minnətdarlıq ediblər. Həmin videonu təqdim edirik.
Geri qayıt |