Respublika Prezidenti cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri
dövlət qayğısı Qazaxda da hiss olunur. Bunu son illər dövlət başçısının
qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil
almaları üçün yaradılan şəraitdən aydın şəkildə görmək olur. Ölkə başçısının
körpə fidanlara olan qayğısının nəticəsidir ki, bu gün Qazaxda mövcud olan 25
məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir
tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə yenidən
qurulması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. 35
yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası da əsaslı
təmir olunur. Yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb.
Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub, suvaqaltı
elektrik xətti çəkilib, xarici və daxili fasadda suvaq işləri yekunlaşıb.
Hazırda binanın tavanı vurulur.
Uzun illərdir ki, təmir olunmayan bağçanın
yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın
kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edirlər.
GOYEZEN.AZ
Geri qayıt
|