Əsas Səhifə > Video > Vətəndaş ona göstərilən qayğıya görə minnətdarlıq edir -
Vətəndaş ona göstərilən qayğıya görə minnətdarlıq edir -16-09-2020, 21:58 |
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı Qazaxda da hiss olunur. Rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, vətəndaşlara göstərilən qayğı, edilən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi Qazaxda vətəndaş amilinin daim diqqət mərkəzində olması deməkdir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına inanır. Rayonun Çaylı kənd sakini, uzun müddətdir ki, təsərrüfatla məşğul olan, gül kələmi yetişdirən Musayev Elmar Nəğmət oğlu da Qazaxda dövlətin və ölkə başçısının vətəndaşlara olan qayğısını hiss etdiyini, bunu rayon rəhbərliyinə etdiyi müraciətə operativ şəkildə baxılmasında bir daha şahidi olduğunu qeyd edir. Bu barədə GOYEZEN.AZ internet portalına fikirlərini bölüşən E.Musayevin minnətdarlıq və razılıq dolu həmin videosunu təqdim edirik.
Geri qayıt |