Əsas Səhifə > Təhsil > “Sağlam gələcək bizimlə gələcək!” layihəsinin icrasına start verilib
“Sağlam gələcək bizimlə gələcək!” layihəsinin icrasına start verilibDünən, 11:33 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Sağlam gələcək bizimlə gələcək!” layihəsinin icrasına start verilib. Qeyd edək ki, "Sağlam gələcək bizimlə gələcək!" qrant layihəsinin müəllifi Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi Nuranə Şərifova, layihənin icraçısı isə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Tahirə Xasməmmədovadır. Layihənin məqsədi məktəblilər, gənc müəllimlər və valideynləri cəlb etməklə şagirdlər arasında sağlam həyat tərzinin təbliği ilə yanaşı asudə vaxtın səmərəli istifadəsi və rayonumuzda ekoloji təmizliyin qorunmasına nail olmaqdır. Hazırda layihənin icrasına Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb olmaqla 10 nəfər müəllim, 30 nəfər şagird cəlb olunmuşdur. Bu rəqəm könüllülərin istəyi əsasında arta da bilər. Şagirdlər əsasən 7-8-9-cu sinifləri əhatə edir. Ekspert, layihə icraçısı və təlimçidən ibarət olan komanda müəllim-şagird-valideyn kontingentini layihənin icrası boyu daha sıx əlaqələrlə birləşdirir. Yaşıl dünyanın təşviqi layihəsi çərçivəsində yanvarın 7-də Qazax rayonunda yerləşən Qızıl Aypara Cəmiyyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Şəbnəm Əliyeva, Qızıl Aypara cəmiyyətin sədri Qurban Qurbanlı, təlimçi Rafiq Muradov, könüllülər Orxan Qurbanlı, İlkin Qədimov, Pərvin İsmayılov, Rahil Məmmədov və layihəyə cəlb olunan 15 nəfər şagird iştirak ediblər. Cəmiyyət könüllüləri məktəblilərə velosiped sürən zaman hər hansı bir təhlükəli anda özünə və yoldaşlarına təcili yardım gələnədək nələr etməli olduqlarını əyani şəkildə göstəriblər. Cəmiyyət üzvləri daxili və xarici qanaxmanın əlamətləri, qol və ya ətrafların sınığı, boyun və burun qanaxması zamanı ilkin yardımlar haqqında ətraflı danışaraq onları əyani şəkildə göstərməyə çalışıblar. Eyni zamanda udlaqda qalan ərzaqdan boğulmanı necə xilas etmək lazım olduğunu əyani şəkildə göstəriblər. Yol hərəkəri qaydaları haqqında qısa məlumat verən könüllülər yol işarələri barəsində layihə iştirakçılarını ətraflı məlumatlandırıb, onların suallarını cavablandırıblar. Cəmiyyət üzvləri görüşün sonunda özləri ilə gətirdikləri kitabları şagirdlərimizə hədiyyə edərək növbəti dəfə yenidən görüşməyə hazır olduqlarını bildiriblər. Layihə üvləri bu görüşdən yüksək təəssüratla ayrılıblar.
Geri qayıt |