Əsas Səhifə > Təhsil > Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb

Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb

18-12-2017, 18:32
Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb
Xəbər verdiyimiz kimi, iki həftədir ki, rayon məktəbliləri Qazax Dövlət Rəsm Qalereyasında olaraq burada nümayiş etdirilən Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən həyata keçirilən tədbirin əsas məqsədi Azərbaycanın tanınmış rəssamlarını, onların əl işlərini tanıtmaq və yeniyetmələrdə rəssamlıq sənətinə olan marağı artırmaqdır.

Qalereyanın direktoru Münəvvər Xəlilova GOYEZEN.AZ saytına bildirib ki, demək olar ki, hər gün bir neçə məktəb qalereyanın qonağı olur. Bu gün isə Aydın Məmmədov adına Qaymaqlı, Aslan Kəmərli adına Kəmərli, Akif Bəbirov adına Xanbağı və Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəblərin şagirdləri qalereyada nümayiş olunan əsərlərlə tanış olublar. Məktəblilərə məlumat verilib ki, hal-hazırda qalereyada ümumilikdə 548 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Məktəblilərin sevimli məkanına çevrilən qalereyada əsasən vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər sərgilənir. Bu əsərlər şagirdlər tərəfindən maraqla qarşılanır.

Qalereyada iştirak edənlər qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti var. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.

Məktəblilər onlar üçün bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq edib, ən xoş arzularını bildiriblər.

Geri qayıt