Əsas Səhifə > Təhsil > Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib


13-12-2017, 18:38
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Artıq 31 ildir ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib. Mütəmadi olaraq bu məkana üz tutan ali təhsil ocaqlarının tələbələri, orta məktəblərin şagirdləri burada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanış olurlar.

Artıq 1 həftədir ki, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, şəhər 1,2,3,4,5, məktəb-liseyin, Ağköynək, Xanlıqlar, Cəfərli, Yuxarı Əskipara, Aşağı Əskipara, Çaylı 1 və 2 saylı, Kommuna, Dəmirçilər, Daş Salahlı kənd tam orta məktəblərin şagirdləri qalereyada olaraq burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər.

Məktəblilərə məlumat verilir ki, hal-hazırda qalereyada ümumilikdə 548 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir.

Bu gün qalereyadakı əsərlərlə tanış olan BDU Qazax filialının şöbə müdiri Qasım Əliyev, tələbələrdən Ələmdar Əsgərov, Aysel Məlikzadə, Roza Mansırova, Ayşən Rzayeva, Nübar Rüstəmova və başqaları çıxış edərək qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti vardır. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.

Bundan əlavə, iştirak edən orta məktəb şagirdləri, məktəblərin müəllimləri qeyd ediblər ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Məktəblilərin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmaları üçün rayonda bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq edib, ən xoş arzularını bildiriblər.

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
GOYEZEN.AZ

Geri qayıt