Əsas Səhifə > Təhsil > Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babanın nəvələriyik!” adlı tədbir keçirilib

Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babanın nəvələriyik!” adlı tədbir keçirilib


19-05-2023, 21:46


2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” böyük məsuliyyət və şərəfli bir fəaliyyət ili deməkdir. Dahi şəxsiyyətin öz dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman qədirbilən xalqımız tərəfindən minnətdarlıqla anılır. Bu ilin “Heydər Əliyev İli” elan edilməsi isə əsrin ən qüdrətli Azərbaycanlısı - Heydər Əliyevin mənalı ömür yolunun, heyrətamiz siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinə, təbliğ edilməsinə geniş imkanlar yaradır. 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir mayın 19-da Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının təşkilatçılığı, şəhər 3 və 6 saylı, Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçalarının iştirakı ilə keçirilib. 


Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, şəhid ailələri, bağçaların əməkdaşları iştirak ediblər.


Körpə fidanların hazırladıqları tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin körpələrə arzusu səsləndirilib və dahi şəxsiyyətin yubileyinə həsr olunmuş tədbirə start verilib. 


Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Aynurə Abbasova çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb. A.Abbasova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştiraklarına görə qonaqlara, xüsusilə də övladı 1 saylı bağçada tərbiyə alan Vətən müharibəsi şəhidi gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsinə minnətdarlığını bildirib. 


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunduğunu, bununla əlaqədar rayonda silsilə tədbirlər keçirildiyini bildirib. Dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün “Heydər Əliyev İli”nin bizlərə ən böyük töhfə olduğunu qeyd edib. Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyevin daim qəlblərdə yaşayacağını söyləyib. Ulu Öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqlara göstərdiyi qayğıdan söz açan A.Abbasova bu gün də həmin qayğını hiss etdiklərini, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayıb. Qazaxda bağçalarda yaradılan şəraitə, onlara göstərilən qayğıya görə ölkə və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.  

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd edildiyini söyləyib. Körpə fidanların hazırladıqları bugünkü tədbirin həmin tədbirlərin davamı olduğunu qeyd edərək əziyyəti keçən müəllimlərə razılığını ifadə edib. Ulu Öndərin təhsil sahəsinə, uşaqlara, gənclərə olan sonsuz qayğısından söz açan R.Rzayev qeyd edib ki, bizim də borcumuzdur ki, Onu ehtiramla yad edək. Nə qədər Azərbaycan dövləti, xalqı yaşayır, Ulu Öndər Heydər Əliyev də daim qəlblərdə yaşayacaq. R.Rzayev son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından gördüyümüzü vurğulayaraq buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Hüseynzadə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar rayonda silsilə tədbirlər keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunmuş bugünkü tədbirə görə körpə fidanlara və əziyyəti keçən müəllimlərə minnətdarlığını bildirib. 


Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək tədbirə dəvətə görə razılığını ifadə edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən qayğıya, şəhidlərimizə olan hörmət və ehtirama görə minnətdarlıq edib. Ulu Öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqlara göstərdiyi qayğıdan söz açan şəhid atası körpə fidanlarımızın həmin qayğını bu gün də dövlətimiz tərəfindən hiss etdiklərini vurğulayıb. Uşaqların hazırladıqları bugünkü tədbirin Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə olduğunu söyləyib.  

Sonra söz balaca fidanlara verilib. Gələcəyimiz olan körpə balalar Ulu Öndərin müdrik kəlamlarını səsləndiriblər. Ümummilli Liderə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiyalar, rəqs nümunələri təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.

GOYEZEN.AZ


Geri qayıt