Əsas Səhifə > Təhsil > Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir


19-05-2023, 20:16


Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatında keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. R.Bayramova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunduğunu, bununla əlaqədar silsilə tədbirlər keçirildiyini bildirib. Dahi şəxsiyyətin dövlətçiliyimizin dirçəldilməsi, yaşadılması, inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün “Heydər Əliyev İli”nin ən böyük töhfə olduğunu qeyd edib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin şərəfli və mənalı həyatından, onun misilsiz xidmətlərindən, əsası dahi rəhbər tərəfindən qoyulan siyasi kursun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışıb. 

Tədbirdə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Aliyə Yusifova, şəhid Fidat Məmmədovun bacısı şairə Hicran Məmmədova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı, Vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı söz açıblar.

Sonda şagirdlər Ulu Öndərin müdrik kəlamlarını səsləndiriblər. Ümummilli Liderə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim ediblər. 


Geri qayıt