Əsas Səhifə > Təhsil > Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib


3-11-2017, 14:30
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazax şəhər Firuddin Şamoyev adına 4 saylı və Zahid Mahmudov adına Aşağı Salahlı kənd tam orta məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov açaraq bildirib ki, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində respublikamızda bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Hər il olduğu kimi, bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfərinsdə uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.

Bu məqsədlə aylıq çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da müxtəlif tədbirlər, dəyirmi masalar, treninq seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur. Bu da uşaqların hüquqlarının qorunmasına və həmçinin onların fəallığının daha da artmasına xidmət edir.

Tədbirdə DTX-nin Qazax rayon şöbəsinin rəis müavini Müşviq Mürsəlov, rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, rayon Polis şöbəsinin sahə rəisi Amil Budaqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayon rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, QMİ-nin bölgə qazisi İlham Süleymanov, şəhər 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşırov və Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov çıxış ediblər. Respublika Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda öz əksini tapan əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar barədə danışıblar.

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
GOYEZEN.AZ

Geri qayıt