Əsas Səhifə > Təhsil > Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir

Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir


25-10-2017, 13:00
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Bu gün əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biridir. Mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdəndir.

Qazax rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda silsilə tədbirlər davam edir.

Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Qazax Peşə Liseyində, şəhər 1, 2, 3, 4, 5 saylı tam orta məktəblərində və M.Hüseyn adına məktəb-liseydə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, həmin təhsil müəssisələrinin direktorları, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər.

Həmin tədbirlər zamanı əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığının ölkə qarşısında duran əsas məsələlərdən biri olduğu, mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanmasının təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələ olduğu vurğulanıb.

Fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər geniş izah edilib.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi, bu istiqamətdə işlərin nəzarətdə saxlanıldığı bildirilib.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılmasının bu gün qarşıda duran ən vacib məsələlərdən olduğu tədbir iştirakçılarına çatdırılıb.

Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir
GOYEZEN.AZ

Geri qayıt