Əsas Səhifə > Təhsil > Rayonun təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir

Rayonun təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir

20-10-2017, 15:30
Rayonun təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir
Qazax rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir.

Keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti başçısının aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, təhsil müəssisələrinin direktorları, müəllimlər, tələbələr və şagirdlər iştirak edirlər.

Məqsəd rayon ictimaiyyətinin diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir. Keçirilən tədbirlərdə əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biri olduğu, mürəkkəb vəziyyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanmasının təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələ olduğu vurğulanır.

Qazax rayonunun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq mülki müdafiə haqqında müvafiq Qanun və Qərarların icrasına diqqət yetirilməsi, mülki müdafiə işinin təşkili, fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər geniş izah edilir.

Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi, bu istiqamətdə işlərin nəzarətdə saxlanıldığı bildirilir.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması bu gün qarşıda duran ən vacib məsələlərdən olduğu tədbir iştirakçılarına çatdırılır.

GOYEZEN.AZ

Geri qayıt