Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunub

BDU-nun Qazax filialında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunub


12-01-2023, 21:15


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Tədbirlər Planı” hazırlanmışdır. 

Yanvarın 12-də həmin “Tədbirlər Planı”na uyğun olaraq filialda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunub. 

Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Tədbir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktıdır. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. A.Rüstəmov qeyd edib ki, həmin tarixi günlərdə Moskvada yaşayan Heydər Əliyev Azərbaycan səfirliyinə gələrək baş vermiş qanlı cinayəti törədənləri kəskin tənqid edib. Bu qanlı faciəyə də yalnız Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə siyasi-hüquqi qiymət verilib və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atılıb.


“Dəyirmi masa”da filialın Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, pedaqoji fakültənin dekanı Hamlet İlyasov, professor Hüseyn Xəlilov, riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə öz fikirlərini söyləyib, xalqımızın apardığı azadlıq mübarizəsindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu qeyd ediblər.

Elçin İSMAYIL, 

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri


Geri qayıt