Əsas Səhifə > Təhsil > BDU Qazax filialında maarifləndirmə tədbiri keçirilib

BDU Qazax filialında maarifləndirmə tədbiri keçirilib


24-11-2022, 18:55


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Qazax-Tovuz Regional Məşğulluq filialının əməkdaşlığı çərçivəsində “TİP” (Tələbə İnkişaf Platforması) layihəsinin növbəti görüşü Bakı Dövlət Universitetinin Qazax filialında keçirilib. 

Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb, gənclərin əmək bazarı barədə məlumatlarını artırmaq, karyera planlaşması işinin düzgün aparılması yollarını öyrənmək cəhətdən tədbirin mühüm əhəmiyyət daşıdığını bildirib.    

Qazax-Tovuz Regional Mərkəzinin böyük mütəxəssisi Kənan Abbaslı “TİP” layihəsi barədə danışaraq tədbir iştirakçılarına geniş məlumat verib.

Mərkəzi Karyera filialının mütəxəssisi Mikayıl Tağıyev və Rüstəm Məmmədov tələbələrə “Dəyərini indidən artır” və “Effektiv CV hazırlığı“ ilə bağlı təlimlər keçiblər.

Görüşdə karyera planlaması işini hədəf kütləsi üçün daha əlçatan etmək, gəncləri mövcud fürsətlərlə tanış etmək, məşğulluq imkanlarının artırılmasına dəstək olmaq barədə ətraflı məlumat verilib. Layihə barədə məlumatlar nümayiş etdirilən slaytlar vasitəsilə izah olunub.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclər “Alo Karyera” dəstək xidməti  və “CV Yarat” platforması barədə məlumatlandırılıb.  

 

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri


Geri qayıt