Əsas Səhifə > Təhsil > Təhsil Nazirliyi: Dərs bölgüsünün diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

Təhsil Nazirliyi: Dərs bölgüsünün diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək


22-08-2017, 08:21
Təhsil Nazirliyi: Dərs bölgüsünün diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.



Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: “Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, “öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Əgər yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər”.

GOYEZEN.AZ

Geri qayıt