Əsas Səhifə > Təhsil > Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edəcək10-07-2017, 12:22 |
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Təhsil naziri Mikayıl Cabbarov iyulun 17-də saat 11.00-da Tovuz şəhərindəki İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək.
Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 10-dan 13-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər. Geri qayıt |