Əsas Səhifə > Təhsil > Qazax Dövlət Sosial-İqtisadi Kollecində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Qazax Dövlət Sosial-İqtisadi Kollecində 8 Noyabr – Zəfər Günü qeyd olunub


7-11-2021, 20:48


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin təntənəsi olan Zəfər Gününü Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri də yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qarşılayırlar.

Kollecdə də 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə rayonumuzun qəhrəman oğulları, dəyərli qazilərimiz ehtiyatda olan mayor, tabor komandiri, II qrup Vətən müharibəsi qazisi Xəyyam Əliyev, qazi Kamil Musavi, ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimizin anaları iştirak ediblər.


Kollecin Tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İllər ötsə belə 8 Noyabr - Zəfər Gününün tariximizin qəhrəmanlıq salnaməsi kimi hər zaman qürurla qeyd olunacağını bildirib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandana, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və
Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri
Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Qarabağ Azərbaycandır nidası qoyuldu!
Xalqımızın 28 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi.

Tədbir tələbələrin Şuşa qartalları olan şəhidlərimizə həsr olunmuş maraqlı kompozisiyası, musiqi və şeirləri ilə yekunlaşıb.

Daha sonra Kollecin tələbələri Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət edib, şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramlarını bildiriblər. Kompleksi ziyarət edən gənclər şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə şəhidlərimizi yaxından tanıyıblar. 












 



 

GOYEZEN.AZ


Geri qayıt