Əsas Səhifə > Təhsil > “Təhsil haqqında” Qanunda dəyişikliklər qəbul edilib

“Təhsil haqqında” Qanunda dəyişikliklər qəbul edilib


13-06-2017, 17:18
“Təhsil haqqında” Qanunda dəyişikliklər qəbul edilib

GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” Qanunda dəyişikliklər layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, layihə barədə elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.

Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir. Həmin maddədə deyilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Layihə səsə qoyularaq qəbul olunub.


Geri qayıt