Əsas Səhifə > Təhsil > Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı

Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı


8-05-2017, 18:31
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü rayon Təhsil şöbəsinin kollektivi və ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən də qeyd olunub.

İlk öncə ümummilli liderin adını daşıyan parka gələn tədbir iştirakçıları dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində ulu öndərin mənalı həyatını, zəngin iş fəaliyyətini əks etdirən filmə baxan tədbir iştirakçıları mərkəzdə təşkil olunan kitab sərgisi ilə də tanış olublar.
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ulu öndərin təhsilə, elmə, müəllimlərə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan danışıb. N.Babanlı çıxışı zamanı qeyd edib ki, Azərbaycan təhsilinin milli tariximizdə coşğun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünə təsadüf edir. Məhz ulu öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”

Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
GOYEZEN.AZ



Geri qayıt