Əsas Səhifə > Təhsil > Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax rayon Komitəsi hesabat verib

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax rayon Komitəsi hesabat verib


14-04-2017, 14:31
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax rayon Komitəsi hesabat verib
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Qazax rayon Komitəsinin 2012-2017-ci illər ərzində gördüyü işlərə həsr olunmuş XX konfransı keçirilib.

TİAHİ Qazax rayon Komitəsinin sədri Maya Hüseynova hesabat məruzəsi ilə çıxış edərək son 5 il ərzində rayon komitəsinin gördüyü işlər barədə məlumat verib.

Sonra məruzə ətrafında çıxışlar olub. I Şıxlı kənd tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri Məzahir Qocayev, şəhər 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və başqaları çıxış edərək rayon komitəsinin gördüyü işlərdən söz açıblar.

Sonra rayon komitəsinin təftiş komissiyasının sədri Məhruqə Sadıqovanın hesabatı dinlənilib. Konfrans iştirakçıları həm komitə sədrinin fəaliyyətini, həm də təftiş komissiyasının hesabatını müsbət qiymətləndiriblər.

Konfransda TİAHİ Qazax rayon Komitəsinin 20 nəfərdən ibarət rəyasət heyətinin və təftiş komissiyasının üzvləri seçilib.

Açıq səsvermə yolu ilə Maya Hüseynova yenidən TİAHİ Qazax rayon Komitəsinin sədri seçilib. M.Hüseynova eyni zamanda respublika konfransına nümayəndə seçilib.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin konfederasiyanın V qurultayına nümayəndə seçilməsi təklifi konfrans iştirakçıları tərəfindən qəbul edilib.

Konfransın qərar layihəsi oxunduqdan sonra TİAHİ-nin hüquq şöbəsinin müdiri Sübut Əsədov çıxış edərək konfransın işini yüksək qiymətləndirib.

Elçin İSMAYIL

Geri qayıt