Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz
tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün
təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci
il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən
karantin rejiminin müddəti 2020-ci il
mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Respublikasının Təhsil Nazirliyi
"Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının
əvvəlindən "Virtual məktəb” layihəsinəstart
verib. Layihənin məqsədi Təhsil
Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və
ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi
karantin rejiminin tələbləri nəzərə alınaraq ilk gündən bütün səy
və imkanlardan səmərəli istifadə olunur. Müəllimlər tərəfindən "Evdə qal, təhsildən
geri qalma” şüarı altında onlayn dərslərə start verilib. Xüsusilə
də karantin rejimi müddətində şagirdlər üçün təhsilin intensivliyinin təmin
edilməsi məqsədilə istər şəhər, istərsə də kənd məktəbləri "Virtual məktəb”
layihəsinə qoşularaq dərslərə qaldıqları yerdən davam edirlər.
Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-liseyin müəllimləri də məktəblərdə tədris
dayandırıldığı vaxtdan "Zoom” proqramı ilə onlayn dərslər keçirlər. Bu gün isə
"Virtual məktəb”in imkanlarından səmərəli istifadə edərək şagirdlərlə
onlayn dərslər keçirlər. Həmçinin məktəb kollektivi "Virtual məktəb”də tez-tez
videotoplantılar keçirərək gördükləri işləri və qarşıda duran vəzifələri
müzakirə edirlər.
Məktəbin direktoru Tahirə
Comərdovanın və məktəb müəllimlərinin iştirakı ilə keçirilən növbəti
videotoplantıda da ölkəmizdə, eləcə də rayonda təhsil sahəsinə göstərilən
qayğıdan danışılıb.
Məktəb direktoru çıxış edərək dövlət başçısının rəhbərliyi altında ölkəmizdə
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində
vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə
Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Ölkə
başçısının təhsil sahəsinə olan qayğısından söz açan məktəb direktoru bunun
bariz nümunəsi olaraq Qazax şəhərində 700 şagird yerlik Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli
Sərəncamına əsasən Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə ilkin olaraq 2,0 milyon manat ayrılmasını göstərib. Bu xəbəri hər
bir müəllim və şagirdin sevinc hissi ilə qarşıladığını qeyd edən məktəb
direktoru rəhbərlik etdiyi kollektiv adından bir daha ölkə başçısına sonsuz
minnətdarlığını çatdırıb. Məktəb direktoru Təhsil Nazirliyi tərəfindən müəllim
və şagirdlərə yaradılan bütün imkanlara, xüsusilə də "Virtual məktəb”
layihəsinə görə Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon
rəhbərliyi tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra
başçısı Rəcəb Babaşova və Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya
müəllimlər adından bir daha minnətdarlıq edib.
Məktəb direktoru sonra məktəbdə tədrisin dayandırıldığı ilk gündən WhatsAppla,
"Zoom” proqramı ilə onlayn dərsləri davam etdirən müəllimlərin adlarını qeyd
edib. Həmin müəllimlərin bu gün də "Virtual məktəb” layihəsinə qatıldıqlarını
bildirib. Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə
11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında
həftənin 5 günü keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.
Məktəb direktoru bu il 59
nəfər şagirdin XI sinfi bitirdiyini bildirib. Hər il olduğu kimi, bu il də
yüksək göstəricilərin əldə olunması üçün müəllimlərin üzərinə böyük məsuliyyət
düşdüyünü vurğulayıb. Keçirilən onlayn dərslərin qəbul imtahanları zamanı öz
bəhrəsini verəcəyini söyləyib. Bütün müəllim və şagirdlərin "Virtual məktəb”də
təşkil olunan onlayn dərsləri davam etdirmələrini, müəllimlərin öz işlərinə
daha məsuliyyətlə yanaşmalarını qeyd edərək bununla bağlı tövsiyələrini verib.
Məktəbin ibtidai
sinif müəllimi Xatirə Mustafayeva, tarix müəllimi Arzu Abbasova, Azərbaycan
dili və Ədəbiyyat müəllimi Fatma Hacıyeva çıxış edərək xüsusi karantin rejimi
dövründə məktəbdə tədrisin dayandırıldığı vaxtdan bu günə kimi gördükləri
işlərdən danışıblar. WhatsAppla, "Zoom” proqramı ilə olduğu kimi, "Virtual
məktəb”də də şagirdlərin onlayn dərslərə cəlb olunmaları üçün böyük səylə
çalışdıqlarını qeyd ediblər. "Virtual məktəb” layihəsinə qoşula bilməyən
şagirdlərlə mütəmadi olaraq əlaqə saxladıqlarını, Mədəniyyət və ARB
"Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb
etdiklərini, teledərs zamanı verilən tapşırıqlarda köməklik göstərdiklərini
bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|