Əsas Səhifə > Təhsil > Firuddin Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri “Virtual məktəb”də toplantı keçiriblər

Firuddin Şamoyev adına Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri “Virtual məktəb”də toplantı keçiriblər


11-05-2020, 12:59


Bildiyiniz kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Məhz bu səbəbdən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsinə böyük önəm verilir. Karantin rejimi müddətində şagirdlərin təhsildən geri qalmamaları üçünmüəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında onlayn dərslər keçirilir. Xüsusilə də karantin rejimi müddətində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsinə qoşularaq böyük səylə çalışırlar.

Milli Qəhrəman Firuddin Şamoyevin adını daşıyan Qazax şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri də istər onlayn dərslərin keçirilməsində, istərsə də "Virtual məktəb” layihəsində fəal iştirak edirlər. Məktəblərdə tədris dayandırıldığı ilk gündən məktəbin müəllimləri "Zoom” proqramı ilə onlayn dərslər keçirlər. Bu gün isə bütün məktəblər kimi şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri də "Virtual məktəb”in imkanlarından səmərəli istifadə edərək şagirdlərinə elmin sirlərini öyrədirlər.


Məktəbin direktor əvəzi Leyla Allahverdiyeva və məktəb müəllimlərinin iştirakı ilə keçirilən videotoplantında da məhz bu günə kimi görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Məktəb direktoru çıxış edərək qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz mübarizə tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan ən az itki verən ölkələr sırasında dayanır. Məktəb direktoru ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlərə yaradılan bu cür imkanlara, xüsusilə də "Virtual məktəb” layihəsinə görə Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra başçısı Rəcəb Babaşova və Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya müəllimlər adından bir daha minnətdarlıq edib.


Məktəb direktoru məktəblərdə tədrisin dayandırıldığı ilk gündən müəllimlərin WhatsAppla, "Zoom” proqramı ilə dərslərə davam etdiklərini, bu gün isə məktəbdə 27 nəfər müəllimin "Virtual məktəb” layihəsinə qatıldığını bildirib. Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.

Məktəbin ibtidai sinif müəllimi Vüsalə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Şəlalə Musayeva, Nazilə Sanıyeva çıxış edərək xüsusi karantin rejimi dövründə məktəbdə tədrisin dayandırıldığı vaxtdan bu günə kimi gördükləri işlərdən danışıblar. WhatsAppla, "Zoom” proqramı ilə olduğu kimi, "Virtual məktəb”də də şagirdlərin onlayn dərslərə cəlb olunmaları üçün var qüvvələri ilə çalışdıqlarını qeyd ediblər.

Məktəb direktoru bu il 31 nəfər şagirdin XI sinfi bitirdiyini qeyd edərək həmin məzunların sinif rəhbərlərinin, fənn müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Xüsusilə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin "Virtual məktəb”ə cəlb olunmalarında daha diqqətli olmalarını tövsiyə edib. Müəllimlərə uğurlar arzulayıb.



 

GOYEZEN.AZ


Geri qayıt