Əsas Səhifə > Təhsil > Məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyadan
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyadan26-03-2017, 14:06 |
![]() Ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
![]() Layihə çərçivəsində martın 23-dən 26-dək davam edən tur-aksiyada iştirakçılar Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi ilə yaxından tanış olublar. ![]() Qrup rəhbəri Rasim Carçıyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Qəbələ, Şəki və Zaqataladan zəngin təəssüratlarla qayıdıblar. ![]() Bu gün günorta saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub. Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, sonda xatirə şəkli çəkdiriblər. Geri qayıt |