Əsas Səhifə > Təhsil > “Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə

“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə


25-03-2017, 14:30
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın bu il martın 16-da başlanan növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları uğurla davam edir.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Ölkə ictimaiyyətinin, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
AZƏRTAC xəbər verir ki, martın 25-də qədim Şəki diyarı tur-aksiyanın növbəti mərhələsi çərçivəsində sonuncu iştirakçıları qəbul edib. Füsunkar təbiəti və tarixi-memarlıq abidələri ilə zəngin olan qədim Şəkinin budəfəki qonaqları Tovuz, Qazax, Ağstafa, Daşkəsən və Göyçay məktəbliləri olub.

Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Məktəblilər ulu öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Əsrarəngiz təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlib.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları sonra şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, qoruğun ərazisində dövlət tərəfindən qeydiyyata alınmış 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. İkimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Saraydakı şəbəkə-pəncərələr, ikinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyası: 5 rayonun məktəbliləri qədim Şəkidə
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Muzeydə nümayiş olunan qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.

Sonra tur-aksiya iştirakçıları qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyi ilə tanış olublar.

Şəkiyə səfərləri çərçivəsində tur-aksiya iştirakçıları, həmçinin inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub, kompleksin ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Şəki ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.


Geri qayıt