Əsas Səhifə > Təhsil > “Dini maarifləndirmə işinin təşkili: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbirlər keçirilib
“Dini maarifləndirmə işinin təşkili: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbirlər keçirilib23-11-2018, 15:37 |
Qazaxda həftə ərzində rayonun ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlər uğurla davam etdirilib. Növbəti belə tədbirlər Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, rayonun Kosalar kənd tam orta və Qarapapaq kənd əsas məktəblərində təşkil olunub. Qazax Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər, tələbələr və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov radikal dini cərəyanlar, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi sahəsində ölkəmizdə görülmüş işlər və həyata keçirilmiş tədbirlərdən danışıb, Azərbaycanın tolerant, multikultural dəyərlərə sadiq ölkə olmasını bildirib. Bu sahədə qarşıda duran vəzifələr haqqında söhbət açan natiq rayonda bununla bağlı görülən işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Mövzu ətrafında rayon prokurorunun köməkçisi Tərlan Kərimov, Polis şöbəsinin sahə rəisləri Murad Hüseynzadə və İlham Rəhimov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov, BDU-nun Qazax filialında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov və başqaları çıxış ediblər. Çıxışlar zamanı ölkəmizdə, eləcə də rayonumuzda dövlət-din münasibətlərinin düzgün qurulması, bu münasibətlərin dövlətimizin balanslaşdırılmış siyasəti əsasında tənzimləndiyi qeyd olunub. Tədbirlərdə dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülmüş işlərdən də danışılıb. Bu istiqamətdə əsas vasitənin maarifləndirici və inzibati metod olduğu bildirilib. Bununla bağlı gənc və yeniyetmələrin elmi və düzgün dini biliklərə yiyələnməsinin vacib olduğu diqqətə çatdırılıb. Həmçinin, hər bir azərbaycanlı müsəlmanın təhsilli, elmli və Vətəninə sadiq olan, böyüyə hörmət edən, kiçiyə mərhəmət göstərən, eyni zamanda, ailəsinə, qadına və başqa dinlərin nümayəndələrinə hörmət edən insan olması qeyd olunub. Tədbir iştirakçılarına dini radikalizmin təbliğat metodları, onlara qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin çox güclü vasitə olması barədə də geniş məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |