Əsas Səhifə > Təhsil > Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub

Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub


24-05-2018, 20:00
Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub
May ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirilir.

Bu gün növbəti belə tədbirlərdən biri Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilib. Tədbirdə kollecin müəllim və tələbə kollektivi, KİV nümayəndələri iştirak edib.
Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub
Kollecin direktoru Elşad Quliyev mayın 28-də qeyd ediləcək tarixi gün barədə söz açaraq Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə imzaladığı Sərəncamı yüksək dəyərləndirib. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını bu istiqamətdə atılan mühüm siyasi qərarlar kimi qiymətləndirib.

Kollecin şöbə müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tərlan Bədəlova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Sonda kollecin tələbələrindən İlkanə Qarasaqqalova, Nərmin Kərimova və İlkin Səmədli cümhuriyyətə həsr edilmiş şeirlər səsləndiriblər.

Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub
Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub
Cümhuriyyətin 100 illiyi Qazax Dövlət Sosial-İqtisadi Kollecində qeyd olunub
GOYEZEN.AZ

Geri qayıt